...

Afət Həsənova Böyük Vətən Müharibəsi veteranı olan 100 yaşlı seçiciyə baş çəkib (FOTO)

Cəmiyyət Materials 6 Fevral 2020 15:23 (UTC +04:00)
32 saylı Suraxanı Üçüncü seçki dairəsindən YAP-ın Milli Məclisə deputatlığa namizədi Afət Həsənova, Böyük Vətən Müharibəsi veteranı, 1920-ci il təvəllüdlü Bülbülə qəsəbə sakini, Maqicamal Yenikevaya baş çəkib.
Afət Həsənova Böyük Vətən Müharibəsi veteranı olan 100 yaşlı seçiciyə baş çəkib (FOTO)

Bakı. Trend:

32 saylı Suraxanı Üçüncü seçki dairəsindən YAP-ın Milli Məclisə deputatlığa namizədi Afət Həsənova, Böyük Vətən Müharibəsi veteranı, 1920-ci il təvəllüdlü Bülbülə qəsəbə sakini, Maqicamal Yenikevaya baş çəkib.

Trend-in məlumatına görə, görüş zamanı deputatlığa namizəd Afət Həsəovanı qərargah üzvləri də müşayət edib. O, Böyük Vətən müharibəsi iştirakçılarına onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən mühüm işlərdən, göstərilən diqqət və qayğıdan danışaraq,100 yaşlı veteranın yaşayış şəraiti, səhhəti, qayğıları və keçdiyi döyüş yolu ilə maraqlanıb. Daha sonra deputatlığa namizəd bildirib ki, onlar tarixin sınaqlarından uğurla çıxmış, özlərindən sonra gələcək nəsillərə yeni yollar, cığırlar açmış ağbirçək və ağsaqqallarımızdır. Xalqımızın ləyaqət və qəhrəmanlıq simvolu olan bütün veteranlarımıza diqqət və qayğı göstərmək hər birimizin vətəndaşın borcudur.

Məlumat üçün qeyd edək ki, Maqicamal Yenikeva 1954-cü ildən Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayır, 2 qız övladı və 1nəvəsi var. Bu il qocaman veteranın 100 yaşı tamam olur.

Xəbər lenti

Xəbər lenti