...

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün səylər davam etdiriləcək

Cəmiyyət Materials 15 Fevral 2020 11:54 (UTC +04:00)
Azərbaycanda həssas, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində səylər davam etdiriləcək.
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün səylər davam etdiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda həssas, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində səylər davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli fərdlər” Konqresində deyib.

Onun sözlərinə görə, Azərbaycanda uşaqların sosial problemlərinin həlli ölkədə aparılan sosial islahatların vacib prioritet istiqamətlərindən biridir: "Göstərilən qayğının nəticəsi olaraq, 2019-cu ildə ölkə başçısının sərəncamı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əlavə olaraq, 5 milyon manat vəsait ayrılmışdı. Ötən dövrdə ölkədə sosial layihələrin sayı 220-ni ötüb. 2019-cu ildə ayrıca olaraq, autizmli uşaqlar üçün sosial layhə icra olunub. Layihə çərçivəsində 800-dən artıq autizmli uşaq üçün reabilitasiya xidmətləri göstərilmişdi və bu prosesə 8-dən çox qeyri-hökumət təşkilatı cəlb olunmuşdu. Bu, inklüziv cəmiyyətin yaradılması üçün olduqca vacib layihədir".

A.Kərimov əlavə edib ki, Azərbaycanda uşaqlar il ərzində 14-dən çox sosial müdafiə növlərindən faydalanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti