...

BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2020 09:52 (UTC +04:00)
Nurlana Əliyeva Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən 323 saylı Beynəlxalq Münasibətlər Gimnaziyasının direktoru Alla Jukova ilə görüşüb.
BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb (FOTO)

Bakı. Trend:

Fevralın 18-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən 323 saylı Beynəlxalq Münasibətlər Gimnaziyasının direktoru Alla Jukova ilə görüşüb.

Universitetdən Trend-ə bildirilib ki, görüşdə BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin müdiri Lesya Kərimova, Azərbaycanda Ukrayna Konqresinin İdarə Heyətinin sədri Yuri Osadçenko iştirak ediblər.

Görüşdə BSU ilə Kiyev şəhəri 323 saylı Beynəlxalq Münasibətlər Gimnaziyası və Yaroslav Mudrı adına Beynəlxalq Xeyriyyə Fondu arasında elm və təhsil sahəsində üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin imzalanmasında məqsəd üçtərəfli münasibətlərin inkişafı, Azərbaycan Respublikasında ukrayna dilini, mədəniyyətini, ədəbiyyatını, tarixini və ənənələrini tanıtmaq, ortaq tədris və mədəniyyət layihə və proqramlarının həyata keçirilməsi, istedadlı tələbə və gənclərə dəstək verilməsi, tələbə və müəllim heyətinin mübadiləsini reallaşdırmaqdır. Müqavilədə Ukrayna mədəniyyətinin Azərbaycan ərazisində və Azərbacan mədəniyyətinin Ukrayna ərazisində tanıdılması, pedaqoji sahədə təcrübənin mübadiləsi, tərəflərin seminarlarda, konfranslarda, dəyirmi masalarda iştirakı, beynəlxalq tədris və innovasiyalar sahəsində bacarıqların öyrənilməsi məqsədilə nümayəndə heyətlərinin ezam edilməsi, hər iki ölkənin tarix və mədəniyyəti ilə tanışlıq, əməkdaşlıq çərçivəsində Azərbaycanın və Ukraynanın istedadlı gənclərinə dəstək verilməsi, eləcə də təhsil və mədəniyyət sahəsində digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub. Rektor Nurlana Əliyeva əməkdaşlıq haqqında imzalanmış bu müqavilənin bütün tərəflər üçün faydalı olacağını xüsusi vurğulayıb və hamıya uğurlar arzulayıb.

Qeyd edək ki, bu üçtərəfli müqavilənin imzalanması BSU-nun beynəlxalq əlaqələrinin genişləndirməsi istiqamətində atdığı növbəti uğurlu addımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti