Bakı. Samir Əli - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən əraziləri açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə Nazirliyin departament direktoru Hikmət Əlizadə jurnalistlərə məlumat verilib.
Onun sözlərinə görə, ov yalnız ovçuluq təsərrüfatlarında və xüsusi müəyyən olunmuş ov sahələrində aparılır:
"Lakin cəbhə bölgəsinə yaxın olan inzibati rayonların ərazilərində, eləcə də Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və digər yaşayış məntəqələrinin, həmçinin kurortların ətrafında 1.5-2 kilometrə qədər olan sahələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və onların sanitariya-mühafizə zonalarında qadağan edilir".
O, həmçinin ov etmək hüququnun hansı hallarda məhdudlaşdırıldığını açıqlayıb:
"Ov etmək üçün ov icazəsinin vaxtı qurtardıqda, ovçuluq fəaliyyəti dayandırıldıqda, icazəsiz ov etdikdə, heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda həmin şəxsin ov etmək hüququ məhdudlaşdırılır".