...

Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub

Cəmiyyət Materials 27 Fevral 2020 13:45 (UTC +04:00)
Ötən ilin sonu və bu ilin əvvəlində elan olunan ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub.
Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Ötən ilin sonu və bu ilin əvvəlində elan olunan ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə jurnalistlərə açıqlamasında deyib.

Onun dözlərinə görə, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb: "Onlardan 10 nəfərin ov qaydalarını pozduğu üçün Azərbaycandan deportadiya edilməsi üçün müvafiq qurumlara müraciət etmişik".

H.Əlizadə, həmçinin ov qaydalarını pozan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb: "Ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etməmək, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Pouzuculara qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2 min manata qədər cərimə tətbiq edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti