...

Nazirlik bu şirkəti 50 min manat cərimələdi

Cəmiyyət Materials 2 Mart 2020 14:29 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda ağacları kəsən şirkət cəzalandırılıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib. O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb:

"Nizami rayonu, T. Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib".

Sektor müdiri əlavə edib ki, faktla bağlı akt və protokol tərtib olunub:

"Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti