...

Rüstəm Usubov Tərtər və Şəmkir rayon sakinlərini qəbul edəcək

Cəmiyyət Materials 3 Mart 2020 16:03 (UTC +04:00)
Baş prokurorun birinci müavini Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər və Şəmkir rayon sakinlərinin qəbulunu keçirəcək.
Rüstəm Usubov Tərtər və Şəmkir rayon sakinlərini qəbul edəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il martın 13-də saat 10:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər və Şəmkir rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tərtər rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti