...

Qazaxıstanda oxumaq istəyənlər üçün proqram elan edildi

Cəmiyyət Materials 4 Mart 2020 12:30 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.

Təqaüd proqramına iddiaçılar cari ilin 5 aprel tarixinədək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər.

Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti