Bakı. İlhamə İsabalayeva - Trend:
Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2020-2021-ci tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.
Azərbaycan Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilib. Tədris rumın dilində aparılacaq.
Təqaüd proqramına müraciət edəcək iddiaçılar Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az ) müraciət etməlidirlər. Müraciət üçün son tarix 5 apreldir.