...

Naxçıvanda yeni açıq səhmdar cəmiyyət yaradıldı - FƏRMAN (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 6 Mart 2020 16:36 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 6-da Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.
Naxçıvanda yeni açıq səhmdar cəmiyyət yaradıldı - FƏRMAN (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 6-da Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılsın.

“Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

V.Talıbovun imzaladığı digər fərmanla Yəhya Salman oğlu Allahverdiyev “Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri təyin edilib.

O, bundan əvvəl ləğv edilən Dövlət Komitəsinin sədr müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti