...

Şagirdlər ən çox BU DƏRSLİKLƏRİN elektron variantından istifadə edib

Cəmiyyət Materials 7 Mart 2020 16:54 (UTC +04:00)
Son iki ay ərzində elektron dərslik portalına ən çox müraciətlər “Coğrafiya” (8-ci sinif), “Biologiya” (8-ci sinif), “Əlifba”, “Azərbaycan tarixi” (7-ci sinif) dərslikləri üzrə olub.
Şagirdlər ən çox BU DƏRSLİKLƏRİN elektron variantından istifadə edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Son iki ay ərzində elektron dərslik portalına ən çox müraciətlər “Coğrafiya” (8-ci sinif), “Biologiya” (8-ci sinif), “Əlifba”, “Azərbaycan tarixi” (7-ci sinif) dərslikləri üzrə olub.

Trend-in məlumatına görə, bunu Təhsil İnstitutunun şöbə müdiri Kənan Kərimli deyib.

Onun sözlərinə görə, elektron dərslik portalı fəaliyyət göstərdiyi 5 il ərzində ona baxış sayı 52 milyona yaxın olub.

Portaldan istifadə edənlərin sayının getdikcə artdığını deyən K.Kərimli əlavə edib ki, yalnız 2019-cu ildə bu göstərici təxminən 22 milyon olub. Bu isə o deməkdir ki, portala 5 il ərzində edilən ümumi baxış sayının 40 faizi təkcə ötən ilin payına düşüb.

K.Kərimli qeyd edib ki, ümumilikdə Azərbaycan bölməsi üzrə dərsliklərin 90 faizindən çoxu, rus bölməsi üzrə 80 faizə qədəri portala yerləşdirilib.

O, hazırda dərsliklərin portala yerləşdirilməsi prosesinin davam etdiyini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti