...

Azərbaycanda 78 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

Cəmiyyət Materials 4 Aprel 2020 14:41 (UTC +04:00)
Azərbaycanda 78 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti