Bakı. Trend:
Vətəndaşların müraciətləri nəzərə alınmaqla etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb.
Bu barədə Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən Trend-ə verilən birgə məlumatda bildirilib.
Qeyd edilib ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş işsiz şəxslər də birdəfəlik ödəməni almaq üçün elektron qaydada müraciət edə bilərlər.