...

UNEC brendi Xorvatiyada da tanındı

Cəmiyyət Materials 9 Aprel 2020 19:16 (UTC +04:00)
UNEC brendi Xorvatiyada da tanındı

Trend-i buradan izləyin

Bakı. Trend:

Universitetlərin beynəlmiləlləşməsi və bu sektorda baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mühitinin yaranmasına gətirib çıxarıb. Digər sahələrdə olduğu kimi, universitetlər arasında da güclü rəqabət onların brendlənməsini zərurətə çevirib.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) də bu istiqamətdə uğurlara imza atır.

UNEC-dən Trend-ə verilən məlumata görə, UNEC brendi öz əhatə dairəsini günü-gündən genişləndirməklə, 2018-ci ildə ilk dəfə Türkiyədə, daha sonra isə Avropanın daha 4 ölkəsində - Polşa, Slovakiya, Latviya, Litva - qeydiyata alınıb. 2020-ci il 8 apreldə isə UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi Xorvatiyada qeydiyyata alınıb.

Beləliklə, UNEC brendi artıq 6 xarici ölkədə tanınmış və qısa vaxtda Avropanın daha 8 ölkəsində onun qeydiyyata alınması üçün zəruri işlər tamamlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti