...

Cəbrayıl polisi 11 qəsəbəyə və Cocuq Mərcanlıya sovqat apardı (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2020 10:06 (UTC +04:00)
Cəbrayıl polisi 11 qəsəbəyə və Cocuq Mərcanlıya sovqat apardı (FOTO)

Bakı. Trend:

Cəbrayıl Rayon Polis Şöbəsi 11 qəsəbəyə və Cocuq Mərcanlıya sovqat aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları “Evdə qal” aksiyası çərçivəsində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə bağlı yardım tədbirləri keçirirlər.

Bu tədbirlər çərçivəsində şöbənin əməkdaşları Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbədə və həmçinin cəbhəyanı ərazidə yerləşən rayonun Cocuq Mərcanlı kəndində yaşayan ümumilikdə 60 ailəyə baş çəkib, onları sevindiriblər. Cəbrayıl RPŞ-nin əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar gətirərək onlara öz evlərində təqdim ediblər.

Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər. Eyni zamanda polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejim qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti