...

BNA kollektivi könüllü qanvermə aksiyasında iştirak edib (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2020 10:10 (UTC +04:00)
BNA kollektivi könüllü qanvermə aksiyasında iştirak edib (FOTO)

Bakı. Samir Əli - Trend:

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə qoşularaq Bakı Nəqliyyat Agentliyinin (BNA) kollektivi könüllü qanvermə aksiyasında iştirak edib.

BNA-dan Trend-ə verilən məlumata görə, qanvermə aksiyası həm qan xəstəliklərindən əziyyət çəkən həmin uşaqlara yardım etmək, həm də cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədi daşıyıb.

Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda təşkil olunan aksiyada Agentliyin mərkəzi aparatının və tabeli qurumlarının əməkdaşları iştirak edib.

Qeyd edək ki, sosial məsuliyyət layihələri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin kollektiv bir neçə dəfə belə xeyirxah aksiyaları dəstəkləməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti