...

Sabah hava dəyişkən buludlu olacaq

Cəmiyyət Materials 19 Aprel 2020 11:48 (UTC +04:00)
Sabah hava dəyişkən buludlu olacaq

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 20-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 18-23° isti, Bakıda gecə 10-12° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir duman, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti