...

Karantini pozaraq cərimələnən sürücülərin sayı məlum oldu

Cəmiyyət Materials 27 Aprel 2020 10:17 (UTC +04:00)
Karantini pozaraq cərimələnən sürücülərin sayı məlum oldu

Bakı. Samir Əli - Trend:

Baş Dövlət Yol Polisi İdarəsi xüsusi karantin rejiminii pozaraq cərimələnən sürücülərin sayını açıqlayıb.

İdarədən Trend-ə verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1397 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 41404 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti