...

Təhsil Nazirliyi: Bu il də lisey və gimnaziyalara qəbul imtahanları keçiriləcək

Cəmiyyət Materials 30 Aprel 2020 13:39 (UTC +04:00)
Təhsil Nazirliyi: Bu il də lisey və gimnaziyalara qəbul imtahanları keçiriləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Hər il lisey və gimnaziyalara şagird qəbulu əsasən, iyun ayında aparılırdı. Ötən illərdə olduğu kimi bu il də lisey və gimnaziyalara qəbul imtahanlarının keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, amma əvvəlki illərdən fərqli olaraq, bu il imtahanların vaxtının dəyişdirilməsinə ehtiyac olacaq:

“Ola bilər ki, imtahanların vaxtı uzadılsın. Vəziyyətdən asılı olaraq, imtahanların daha təhlükəsiz keçirilməsi gündəmdə dayanan məsələlərdəndir”.

M.Vəliyeva əlavə edib ki, qanunvericliyə əsasən, uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyindədir:

“Təhsil Nazirliyi bağçalara nəzarəti həyata keçirmir. Bu baxımdan bağçaların açılması barədə suallar aidiyyəti qurumlara verilməlidir. Ancaq hazırkı şəraitdə körpələrin bağçalarda olmasını necə düşünə bilərik? Məncə, bağçaların açılması indiki şəraitdə münasib deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti