...

Uşaq verilişləri zamanı energetik içkilərin reklamı qadağan edilir

Cəmiyyət Materials 1 May 2020 16:17 (UTC +04:00)
Uşaq verilişləri zamanı energetik içkilərin reklamı qadağan edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan uşaq verilişləri zamanı energetik içkilərin reklamı qadağan edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Reklam haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan olunur.

Qanuna təklif edilən dəyişiklik səsverməyə qoyularaq II oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti