...

BMU-nun yataqxanalarında yaşayan tələbələr kirayə ödənişlərindən azad olunub

Cəmiyyət Materials 6 May 2020 11:13 (UTC +04:00)
BMU-nun yataqxanalarında yaşayan tələbələr kirayə ödənişlərindən azad olunub

Bakı. Trend:

Bakı Mühəndislik Universitetinin (BMU) hər iki yataqxanasında (qızlar və oğlanlar üçün) yaşayan tələbələr koronovirus pandemiyası ilə əlaqədar olaraq mart ayından etibarən kirayə ödənişlərindən azad olunublar. Universitetin müvafiq qərarına əsasən, kirayə ödənişindən azad olunma 2019/2020-ci tədris ilinin sonuna kimi qüvvədə olacaq.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, sosial təcridin gücləndirilməsi və yoluxma hallarının qarşısının alınması məqsədilə mart ayından etibarən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti