...

Sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı YENİLİK

Cəmiyyət Materials 6 May 2020 16:31 (UTC +04:00)
Sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı YENİLİK

Bakı. Asif Mehman - Trend:

Sürücülük vəsiqələrinin etibarlılıq müddətini "myGov" portalında qeydiyyatdan keçməklə yoxlamaq mümkündür.

Trend Elektron Hökumət Portalına istinadən xəbər verir ki, "myGov" portalında sürücülük vəsiqəsinin etibarlılıq müddəti haqqında aşağıdakı aralıqlarla bildirişlər göndərilir:

- sənədin vaxtına 60 gün qaldıqda

- sənədin vaxtına 30 gün qaldıqda

- sənədin vaxtına 10 gün qaldıqda

- sənədin vaxtı bitdikdə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti