...

Bakıda 8 marşrut xəttinin hərəkət istiqaməti dəyişir

Cəmiyyət Materials 7 May 2020 18:00 (UTC +04:00)
Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiriləcək. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bakıda 8 marşrut xəttinin hərəkət istiqaməti dəyişir

Bakı. Samir Əli - Trend:

Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, 8 may tarixindən etibarən 28 May küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu səbəbdən 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək alternativ istiqamətlərdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva və Puşkin küçələri ilə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti