...

Karantin rejimini pozanlara qarşı cərimələrin sərtləşdirilməsi təklif edilir

Cəmiyyət Materials 8 May 2020 11:42 (UTC +04:00)
Karantin rejimini pozanlara qarşı cərimələrin sərtləşdirilməsi təklif edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Karantin rejimini pozanlara qarşı cərimələrin sərtləşdirilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələr edilə bilər:

“Biz Operativ Qərargahla məsləhətləşərək İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə müddəalar əlavələr edək ki, cəzalar sərtləşdirilsin”.

M.Quliyev əlavə edib ki, qaydalara riayət etməmək virusun ikinci dalğasının gəlməsinə səbəb ola bilər:

“Ona görə də hər kəs öz məsuliyyətini dərk etməlidir. Cənab Prezident dünən modul tipli xəstəxananın açılışında çıxış edərkən bu məsələyə toxundu və hər kəsi qaydalara əməl etməyə çağırdı. Hər kəs bu çağırışa əməl etməlidir”.

Milli Məclisin spikeri Sahibə Qafarova isə bildirib ki, bütün deputatlar seçiciləri ilə görüş zamanı və digər yerlərdə koronavirusla bağlı mübarizə istiqamətində tövsiyələrini verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti