Bakı. Trend:
Şəmkir rayonunun Təzəkənd kəndində ikimərtəbəli evin birinci mərtəbəsində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 400 m² olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 160 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.