...

Azərbaycanda orqan transplantasiyası ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılır

Cəmiyyət Materials 18 May 2020 10:00 (UTC +04:00)
Azərbaycanda orqan transplantasiyası ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılır

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda orqan transplantasiyası ilə bağlı yeni qanun layihəsi işlənilib və bu ilin yaz və payız sessiyalarında Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılması ilə bağlı qərar verilib.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb:

“Bu qanun layihəsinin qəbulu ölkəmizdə istər qaraciyər, istər böyrək transplantasiyası sahəsində bir çox məqamların öz həllini tapmasına səbəb olmuşdur. Ümumiyyətlə, istər əməliyyatdan sonra müsbət nəticələrin əldə edilməsi, istər də ölüm faizlərinin və fəsadlaşma göstəricilərinin aşağı səviyyədə olmasına görə Azərbaycan MDB ölkələri içərisində söz sahibi olacaq bir səviyyədədir.

Avropanın bütün statistik nəticələrini bir araya toplayan EURO-Trans adlı beynəlxalq təşkilatın məlumatına görə, transplantologiya sahəsi ilə bağlı Azərbaycanın adı ön sıralardadır. Təbii ki, bu da kifayət qədər sevindirici bir haldır. Amma əfsuslar olsun ki, ölkəmizdə hələ də orqan çatışmazlığı ilə əlaqədar bəzi problemlər mövcuddur. Bu gün ölkəmizdə transplantasiya sahəsində həyatını itirmiş insanlardan orqanların alınması ilə bağlı məsələlər hələ də aktualdır və bu sahədə qanunvericilikdə də boşluqlar var. Digər tərəfdən, bu məsələyə cəmiyyətin də yanaşması müsbət istiqamətdə olmalıdır.

EURO-Trans adlandırılan Avropanın bütün statistik nəticələrini bir araya toplayan beynəlxalq təşkilatına görə transplantologiya sahəsi ilə bağlı Azərbaycanın adı ön sıralardadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti