...

BNA könüllülərin seçiminə başlayıb (FOTO)

Cəmiyyət Materials 20 May 2020 17:01 (UTC +04:00)
BNA könüllülərin seçiminə başlayıb (FOTO)

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyinin (BNA) “Könüllülər ili” çərçivəsində elan etdiyi könüllülük proqramında iştirak üçün müraciət edən namizədlərin seçiminə başlanılıb.

BNA-dan Trend-ə verilən məlumata görə, mövcud karantin rejimi ilə əlaqədar namizədlərin seçimi onlayn müsahibə formatında keçirilir. Seçim 144 nəfər namizəd arasında aparılacaq. Müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları qiymətləndirilir. Müsahibədə əsasən könüllü olmaq istəyən şəxslərin motivasiyasına, bilik və bacarığına xüsusi diqqət yetirilib, eləcə də dil bilikləri yoxlanılır. Hazırda müsahibə mərhələsi davam edir və nəticələr barədə namizədlərə məlumat bildiriləcək.

Xatırladaq ki, 2019-ci ildə keçirilən könüllülük proqramı çərçivəsində 60 nəfər iştirak edib. 35 nəfər məzun adını qazanıb 8 nəfər isə Bakı Nəqliyyat Agentliyində işlə təmin olunub.

Könüllülük proqramının keçirilməsində məqsəd dövlət başçısının çağırışına uyğun həyata keçirilən könüllülər hərəkatına dəstək olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti