...

İndiyədək ali məktəblərə sənəd verənlərin çoxu I ixtisas qrupunu seçib

Cəmiyyət Materials 22 May 2020 12:09 (UTC +04:00)
İndiyədək ali məktəblərə sənəd verənlərin çoxu I ixtisas qrupunu seçib

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə 53 458 abituriyent elektron qaydada ərizə verib.

Trend-in məlumatına görə, onların çoxu I ixtisas qrupu üzrə sənəd verənlərdir.

Ümumilikdə indiyədək I ixtisas qrupu üzrə 22 522, II ixtisas qrupu üzrə 9 854, III ixtisas qrupu üzrə 17 106, IV ixtisas qrupu üzrə 3 976 abituriyent ərizə verib.

Bu günədək ərizə verənlərin 48 725-i Azərbaycan, 4733 nəfəri isə rus bölməsi üzrə təhsil almaq istəyir.

V ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı 38 882, orta ixtisas təhsili səviyyəsi (11 illik orta təhsil bazasında) üzrə qeydiyyatdan keçənlərin sayı 38 882 nəfər təşkil edir.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-dən 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayıb. Ərizə qəbulu iyunun 5-dək internet vasitəsilə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti