...

AZAL: Daha 178 Azərbaycan vətəndaşı vətənə çatdırılıb (FOTO)

Cəmiyyət Materials 22 May 2020 19:25
AZAL: Daha 178 Azərbaycan vətəndaşı vətənə çatdırılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün daha 178 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb.

Trend-in məlumatına görə, "Azərbaycan Hava Yolları" (AZAL) İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib.

Bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə "AZAL" aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti