...

Məleykə Abbaszadə: Ali məktəblərə və kolleclərə qəbul imtahanlarının tarixi elan edilməyib

Cəmiyyət Materials 1 İyun 2020 11:24 (UTC +04:00)
Məleykə Abbaszadə: Ali məktəblərə və kolleclərə qəbul imtahanlarının tarixi elan edilməyib

Bakı. İlhamə İsabalayeva – Trend:

Hələlik ali məktəblərə və 11 illik bazadan kolleclərə qəbul imtahanlarının tarixi elan edilməyib.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qəbul imtahanlarının tarixi iyunun 5-dən sonra elan ediləcək, abituriyentlərin sayına uyğun olaraq, imtahan günləri müəyyən ediləcək.

"Ali məktəblərə və 11 illik bazadan kolleclərə sənəd qəbulu iyunun 5-dək aparılacaq. İndiyədək 75 692 nəfər ali məktəbə sənəd verib. Onların təxminən 12 800 nəfəri əvvəlki illərin məzunudurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti