...

Fuad Nağıyev: Sərhədlərin açılması ilk olaraq qonşu ölkələrlə planlaşdırılır

Cəmiyyət Materials 1 İyun 2020 17:48 (UTC +04:00)
Azərbaycanda turizm sənayesində normallaşma prosesinin dörd mərhələdə aparılması nəzərdə tutulur.
Fuad Nağıyev: Sərhədlərin açılması ilk olaraq qonşu ölkələrlə planlaşdırılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət sərhədlərinin ilk olaraq qonşu ölkələrlə açılması planlaşdırılır.

Trend-in məlumatəına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya dövründə dünya turizminin vəziyyəti və post-pandemiya dövrü üçün ölkələr tərəfindən nəzərdə tutulan planlara həsr olunan “Bərpaya doğru yol” videokonfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda turizm sənayesində normallaşma prosesinin dörd mərhələdə aparılması nəzərdə tutulur. İlkin mərhələdə təlimlərin keçirilməsi, yeni onlayn platformanın yaradılması, xarici marketinq strategiyasında dəyişiklik, ölkədaxili turizm kampaniyasının təşviq edilməsi və sənayenin dəstəklənməsi, ikinci mərhələdə daxili turizmin bərpasının planlaşdırıldığını, üçüncü və dördüncü mərhələdə isə artıq sərhədlərin ilk növbədə qonşu və daha sonra digər ölkələrlə açılması planlaşdırılır.

F.Nağıyev post-pandemiya dövründə ilk növbədə daxili turizmin inkişafının prioritet istiqamət olacağını vurğulayıb və ortamüddətli planda daxili turizmin inkişafı üçün xüsusi proqramların qəbul edilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Agentlik sədri yerləşmə vasitəsi hesab edilən mehmanxana və mehmanxana tipli obyektlər, turizm agentlikləri və turoperatorlar, iaşə obyektləri üçün dəstək paketi haqqında məlumat verərək may ayının 15-dək proqram çərçivəsində ümumi olaraq əməkhaqqı ilə bağlı maliyyə yardımı üçün müraciət etmiş vergi ödəyicilərinə 19 milyon 700 min manatın ayrıldığını bildirib.

Agentlik sədri, həmçinin 2019-cu il ərzində sahibkarlar tərəfindən ödənilən vergilərin geri qaytarılması, orta və kiçik sahibkarlığın 2020-ci il üçün gəlir vergisinin 75%-dən azad olunması, sosial ödənişlər və kreditləşmə üzrə güzəştlərin verilməsi və s. haqqında məlumat verib.

Əlavə edilib ki, proqramdan 650 mehmanxana və mehmanxana tipli obyekt, 18000-dən çox iaşə obyekti və 4402 turagentlik və turoperator faydalanıb.

F.Nağıyev Azərbaycanın təhlükəsiz turizm destinasiyası olduğunu vurğulayaraq bu mövqenin gücləndirilməsi üçün “SAHMAN” proqramının hazırlandığını əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti