Bakı. Trend:
Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramları təsis ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da öz əksini tapıb.
Sənəddə qeyd edilir ki, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi məqsədilə dövlət və qeyri-dövlət sektorunun əməkdaşlığının təşviqi təmin olunmalıdır.