...

Hande Harmancı: Peyvənd hazır olmayana qədər koronavirus davam edəcək

Cəmiyyət Materials 4 İyun 2020 17:44 (UTC +04:00)
Hande Harmancı: Peyvənd hazır olmayana qədər koronavirus davam edəcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Hazırda bütün dünyada koronavirusun ilk dalğası yaşanır və bu zaman dövründə biz təcrübə toplamışıq.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, peyvənd hazır olmayana qədər bu virus bizimlə hələ uzun müddət birlikdə olacaq: "Hazırda bir çox ölkə virusa qarşı peyvənd hazırlamaq üçün cəhdlər göstərir. Ona görə də ikinci dalğanın yaranmaması üçün hər birimiz bu virusa qarşı çox ciddi davranmalı, məsuliyyətli yanaşma göstərməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti