...

Kamran Əliyev: Bəzi hallarda vətəndaş icazəli olduğunu deyir, amma portalda adı çıxmır

Cəmiyyət Materials 12 İyun 2020 18:21 (UTC +04:00)
Kamran Əliyev: Bəzi hallarda vətəndaş icazəli olduğunu deyir, amma portalda adı çıxmır

Bakı. Samir Əli - Trend:

Bəzi hallarda vətəndaş icazəli olduğunu deyir, amma portalda adı çıxmır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, ötən karantin günlərində həmin şəxslər inzibati məsuliyyətə cəlb ediliblər: "Polis həmin şəxsin yanında məlumatları portala daxil edib və ad çıxmadığı üçün inzibati xəta üzrə ona protokol yazıb. Polis heç bir halda qanunsuzluq etməyib. Ola bilər ki, vətəndaş evdən çıxandan 1 saat sonra adı portalda qeydiyyata alınıb. Bu ondan irəli gəlir ki, işəgötürən şəxs icazə portalına işçinin adını gec qeyd edir, amma işçini işə tez çağırır. Əgər bu prosesdə polisin günahından protokol səhvən yazılarsa, vətəndaş həmin faktı bizə təqdim etsin, biz o protokolu ləğv etməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti