...

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

Cəmiyyət Materials 13 İyun 2020 13:27 (UTC +04:00)
Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələrinin məlum olacağı vaxtı açıqlayıb.
Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələrinin məlum olacağı vaxtı açıqlayıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib ki, müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri əvvəlki illərdə də iyunun 20-dək açıqlanıb:

“Bu il də belə olacaq. Planlaşdırmışıq ki, iyunun 17-də yerdəyişmə müsabiqəsinin nəticələri açıqlansın. Yəqin çoxlarına maraqlıdır ki, niyə görə nəticələr iyunun 5-6-da deyil, 17-də açıqlanır. Bu il iş yerinin dəyişdirilməsi üçün 10 068 nəfər müəllim elektron ərizə verib. Artım əmsallarının tətbiq edilməsi üçün həmin ərizələr ətraflı şəkildə araşdırılır. Bu yoxlama prosesi müəyyən qədər vaxt aparır. Çünki müraciət edənlər arasında artım əmsalının tətbiq edilməsini istəyən çox sayda müəllim var”.

M.Camalzadə əlavə edib ki, bir çox hallarda sənədlər yanlış formada, natamam şəkildə yüklənilir. Bu zaman həmin texniki problemlərin həlli üçün namizədlə əlaqənin saxlanılması da əlavə vaxt itkisinin yaranmasına səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti