...

Müəllimlərin işə qəbulu müsabiqəsi nə zaman keçiriləcək? - Nazirlik AÇIQLADI

Cəmiyyət Materials 13 İyun 2020 11:55 (UTC +04:00)
Müəllimlərin işə qəbulu müsabiqəsinin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulur.
Müəllimlərin işə qəbulu müsabiqəsi nə zaman keçiriləcək? - Nazirlik AÇIQLADI

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllimlərin işə qəbulu müsabiqəsinin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, hazırda müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi üçün işlər aparılır:

“Pandemiya ilə əlaqədar müsabiqənin hansı tarixlərdə və şərtlərlə keçiriləcəyi ilə bağlı müzakirələr aparılır. Ötən il tarixləri əvvəldən açıqlaya bilirdik. Amma bu il pandemiyaya görə indidən konkret vaxt söyləmək mümkün deyil. Sadəcə demək olar ki, imtahanlar iyul ayı ərzində olacaq. Amma iyulun hansı ongünlüyündə olacağını indi demək çətindir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti