...

Müəllimlərlə bağlı Bu SƏLAHİYYƏT yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məxsusdur

Cəmiyyət Materials 16 İyun 2020 22:28 (UTC +04:00)
Yalnız Bakı şəhərində ibtidai sinif müəllimlərinin müddətli əsaslarla işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilir.
Müəllimlərlə bağlı Bu SƏLAHİYYƏT yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinə  məxsusdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Yalnız paytaxtda ibtidai sinif müəllimlərinin müddətli əsaslarla işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, Bakı şəhərində digər fənnlər üzrə, respublikanın paytaxt istisna olmaqla qalan ərazilərində isə bütün fənlər üzrə müəllimlərin müddətli əsaslarla işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir:

“Yerli təhsil idarəetmə orqanları müddətli əsaslarla kimisə işə qəbul edə bilməzlər. Lakin əvəzçilik qaydası ilə işə qəbul edə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti