Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda ümumtəhsil müəssisələrində direktorların işə qəbulu müsabiqəsinin avqust ayının əvvəlində keçiriləcəyi gözlənilir.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Onun sözlərinə görə, texniki təchizatla bağlı işləri 2 dəfə görməmək üçün direktorların işə qəbulunun test mərhələsi müəllimlərin işə qəbulunun test mərhələsindən dərhal sonra keçirilir:
"Bu hesabla götürsək, o qənaətə gələ bilərik ki, direktorların işə qəbulu avqust ayının əvvəlinə təsadüf edəcək. Namizədlərin tez bir zamanda müsabiqəyə hazırlaşmağa başlamasında fayda görürəm".