...

Sərhədlər avqustun 1-dək bağlı olacaq - RƏSMİ

Cəmiyyət Materials 18 İyun 2020 19:43 (UTC +04:00)
Sərhədlər avqustun 1-dək bağlı olacaq - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Sərhədlərin bağlı qalma müddəti avqustun 1-dək uzadılır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, bəzi ölkələrin Azərbaycana aviareysləri bərpa etməsi ölkələr arasında razılıq əsasında həyata keçirilə bilər: "Xarici ölkələrdə müvəqqəti olan vətəndaşların Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Mərhələli halda vətəndaşlar Azərbaycana gətirilir. Bu prosesin karantin rejimində dayandırılması gözlənilmir. Amma sərhədlər avqustun 1-dək bağlı olacaq. Beynəlxalq reyslər isə qarşılıqlı razılıq əsasında bərpa oluna bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti