...

Təhsil Nazirliyi: Müsabiqənin bu ilki nəticələri ən yüksək göstəricidir

Cəmiyyət Materials 19 İyun 2020 10:37 (UTC +04:00)
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin bu ilki nəticələri 2014-cü ildən sonra ən yüksək göstəricidir.
Təhsil Nazirliyi: Müsabiqənin bu ilki nəticələri ən yüksək göstəricidir

Bakı. İlhamə İsabalayeva – Trend:

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin bu ilki nəticələri 2014-cü ildən sonra ən yüksək göstəricidir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, bu il müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron yerləşdirmə mərhələsinin nəticələrinə əsasən 1.934 nəfər uğur qazanıb. Bu nəticə 2014-cü ildən etibarən təşkil olunan müvafiq müsabiqədə müşahidə olunan ən yüksək göstəricidir.

M.Camalzadə bildirib ki, müsabiqədə uğur qazanmış şəxslər müvafiq sənədləri hazırda işlədikləri məktəbdən əldə edərək şəxsi şəhifələrindəki uyğun bölmələrə 18-24 iyun tarixləri ərzində əlavə etməlidirlər:

"Ölkəmizdə mövcud pandemiya şəraiti ilə əlaqədar müəyyən bölgələrdə sərt karantin rejimi tətbiq ediləcəyinə görə sənədlərin şəxsi səhifələrə əlavə edilməsi üçün nəzərdə tutulmuş son tarixlə əlaqədar əlavə məlumat verəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti