...

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır

Cəmiyyət Materials 29 İyun 2020 16:54 (UTC +04:00)
Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır

Bakı. Trend:

Bakı-Sumqayıt elektrik qatarlarının qrafikində müvəqqəti dəyişiklik edilib

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, sərnişin sayının azalması ilə əlaqədar 30 iyun 2020-ci il tarixdən etibarən aşağıdakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır:

- Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı

- Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı

- Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı qatarı

- Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti