...

Nazirlik: Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlama aparılmır

Cəmiyyət Materials 1 İyul 2020 13:10 (UTC +04:00)
Nazirlik: Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlama aparılmır

Bakı. Trend:

Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Hesablama Palatası 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində nazirliyin və tabe müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparıb.

Rəsmi olaraq bildiririk ki, hal-hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti