...

Azərbaycanda koronavirusa daha 471 nəfər yoluxdu, 549 nəfər sağaldı, 7 nəfər öldü

Cəmiyyət Materials 17 İyul 2020 18:07 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib, 8 490 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 023, ötən müddət ərzində isə ümumilikdə 610 523 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti