...

AQTA 74 obyektdə COVİD-19-la bağlı göstərişlərə əməl edilmədiyini aşkarladı

Cəmiyyət Materials 29 İyul 2020 16:19 (UTC +04:00)
AQTA 74 obyektdə COVİD-19-la bağlı göstərişlərə əməl edilmədiyini aşkarladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 49 ictimai iaşə obyekti, 188 ərzaq satışı mağazası olmaqla ümumilikdə 237 müəssisədə reyd keçirib.

Agentlikdən Trend-ə verilən məlumata görə, reyd keçirilən obyektlərdən 74-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

“Yaxın”, “Anar”, “Bolluq”, “Əli” marketlər, Allahverdiyev Mürşid Allahverdi oğluna, Abdullayev Bəkir Əli oğluna, Mahmudov Toğrul Dağlar oğluna, Şirinova Nailə Mehman qızına, Həşimov Vüsal Qılman oğluna, Musayev Nurlan Əbülfəz oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Sumqayıt şəhərində Əsgərov Rövşən Bibiqulu oğluna məxsus ərzaq mağazası

Abşeron rayonunda Allahverdiyev Rövşən İsa oğluna və Novruzov Qaçay Tofiq oğluna məxsus ət satışı mağazaları

Şabran rayonunda Əliyev Tural Fizuli oğluna məxsus “Cənnət” kafesi (fəaliyyəti məhdudlaşdırılmışdır)

Quba rayonunda “Aynur”, “Hay-küy”, “Şah plov” restoranları, Əhədov Mübariz Vaqif oğluna, Cəfərov Babək Rövşən oğluna məxsus kafelər

İsmayıllı rayonunda “Quşəncə”, “Emin”, “Şirvan” marketlər, Hüseynova Dilşad Mahmud qızına, Babayeva Asudə Həsənalı qızına məxsus ərzaq mağazaları, “Bahar”, “Royal”, Babayev Tərlan Ağaməmməd oğluna, Tağıyev Natiq Əli oğluna məxsus kafelər

Ağsu şəhərində Müslümzadə Cəlal Alxas oğluna məxsus ərzaq mağazası

Kürdəmir rayonunda “Qızılgül”, “Elmar”, “Hikmət”, “Şah” kafeləri, “Bakı” restoranı

Şirvan şəhərində Hüseynov Şahin Sayadxan oğluna məxsus ərzaq mağazası

Salyan rayonunda Kərimov Anar Sabir oğluna, Sadıqov Rəhman Məhəmməd oğluna məxsus ərzaq mağazaları

Sabirabad rayonunda Həsənov Mübariz Mügdət oğluna məxsus ərzaq mağazası

Neftçala rayonunda Eminov Azərçin Emin oğluna məxsus kafe

Mingəçevir şəhərində Şirinov Vüsal Məhərrəm oğluna, Zülfüqarova Gülşən Qaryağdı qızına, Qasımova Gözəl Vəli qızına, Əsgərova Gülnarə Tapdıq qızına, Rəfiyev Abək Rəfi oğluna, Fərzəliyev Yunis Usub oğluna və Məmmədov Mehman Bahadur oğluna məxsus ərzaq mağazaları

Oğuz rayonunda Daşdəmirov Çingiz Fərrux oğluna məxsus kafe

Balakən rayonunda Mustafayeva Pirdaş Şaban qızına məxsus kafe

Zaqatala rayonunda Rzayev Əfqan Rəşid oğluna məxsus “Olimp” market, Züqanov Bayram İsmayıl oğluna məxsus “Turan” market

Cəlilabad rayonunda Əliyev Dadaş Əyyub oğluna, Urfiyev Hikmət Feyruz oğluna, Bağırov Ramil Ramiz oğluna, Abbasov Şahin İslam oğluna məxsus ət satışı mağazaları

Gəncə şəhərində “Nicat” market

Daşkəsən rayonunda Məmmədov Fuad Məhəmməd oğluna məxsus ərzaq mağazası, “Röyal” kafe

Göygöl rayonunda Əliyev Elkin Vaqif oğluna, Məmmədov Tural Alim oğluna məxsus ərzaq mağazaları, “Pərvin” market

Şəmkir rayonunda Ocaqverdiyev Teymuraz Nəriman oğluna, Yusibov Fariz Telman oğluna, Bayramov Telman Yusif oğluna məxsus ət satışı mağazaları

Ağstafa rayonunda “Xan bağı”, “Ailəm” kafeləri, Yusifov Emin İnayət oğluna və Nəzərov Xəqani Anar oğluna, Abdullayev Eynur İlham oğluna məxsus ət satışı mağazaları

Qazax rayonunda “Dinamo”, “Palma”, “Elvin” kafeləri, “Sərfəli” market

Füzuli rayonunda İbişov Rafiq Azər oğluna və Şamıyev Rəşad Tahir oğluna məxsus ərzaq mağazaları

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti