...

Azərbaycanda 850-dən çox orqan transplantasiya əməliyyatı icra edilib

Cəmiyyət Materials 6 Avqust 2020 16:06 (UTC +04:00)
2008-ci ildən indiyədək Azərbaycanda 850-dən çox insan üzərində orqan transplantasiya əməliyyatı icra edilib.
Azərbaycanda 850-dən çox orqan transplantasiya əməliyyatı icra edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

2008-ci ildən indiyədək Azərbaycanda 850-dən çox insan üzərində orqan transplantasiya əməliyyatı icra edilib.

Bunu Trend-ə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə qaraciyər transplantasiyasını həyata keçirən cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib.

Onun sözlərinə görə, əməliyyatların 260-ı qaraciyər, qalanları isə böyrək çatışmazlığı xəstələri üzərində aparılıb.

M.Kazımi qeyd edib ki, əməliyyat edilənlərin arasında böyüklərlə yanaşı, uşaqlar da var. İndiyədək orqan köçürülən xəstələrin 30-32 faizi uşaqlar olub.

Transplantoloq əlavə edib ki, bu ilin yanvar ayından indiyədək 40 nəfər üzərində qaraciyər, 26 nəfər üzərində böyrək transplantasiyası əməliyyatı aparılıb. Qaraciyər transplantasiyası edilənlərin 9-u uşaqdır. Əməliyyatların nəticəsinin dünya standartlarına müvafiq olduğunu deyən M.Kazımi bildirib ki, orqan çatışmazlığından əziyyət çəkən bir qrup xəstənin donorları onlara tibbi cəhətdən, yəni qar qrupuna görə uyğun olmadığından onlar üzərində çarpaz böyrək və çarpaz qaraciyər transplantasiyası əməliyyatı icra edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti