...

Daha 24 vətəndaşımız Qazaxıstandan Azərbaycana yola salınıb

Cəmiyyət Materials 3 Sentyabr 2020 09:45 (UTC +04:00)
Daha 24 vətəndaşımız Qazaxıstandan Azərbaycana yola salınıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

COVID-19 pandemiyası dövründə xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyəsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalmış daha 24 vətəndaşımız ölkəmizə təxliyə olunub.

Azərbaycanın Aktaudakı baş konsulluğundan Trend-ə verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” (17 nəfər) “Professor Gül” ( 6 nəfər) və “Dağıstan” (1 nəfər) gəmi-bərələri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

Qeyd edək ki, bu günədək baş konsulluq vasitəsilə ümumilikdə 523 vətəndaşımız gəmi ilə ölkəmizə təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti