...

I ixtisas qrupunun rekordçuları Bakı Ali Neft Məktəbini seçəcək (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2020 16:09 (UTC +04:00)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, I ixtisas qrupu üzrə ötən gün açıqlanan qəbul imtahanının nəticələrinə görə, 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bundan başqa, I ixtisas qrupu üzrə yalnız 1 nəfər – Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev imtahanda 400 bal olmaqla, hər iki mərhələnin cəminə görə maksimal olan 700 balı toplayıb.

Bakı Ali Neft Məktəbindən Trend-ə bildirilib ki, I qrup üzrə İkinci ən yüksək nəticəni isə 697 balla Bakı şəhəri, Binəqədi rayonu 297 saylı orta məktəbin məzunu Nahid Nuri göstərib.

Onların hər ikisi də imtahanın I mərhələsində maksimal 300 bal toplayıblar.

Yüksək bal toplayan hər iki abituriyent Bakı Ali Neft Məktəbini (BANM) seçməyi planlaşdırır.

Hüseyn Abdullayev BANM-in İnformasiya təhlükəsizliyi və Proseslərin avtomatlaşdırılması ixtisasları arasında seçim etməyi nəzərdə tutub. Nahid Nuri isə İnformasiya təhlükəsizliyi ixtisasını seçmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti