...

Bakı Slavyan Universiteti distant təhsilin təşkili üçün yeni tədris ilinə hazırlıq işlərini başa çatdırıb

Cəmiyyət Materials 11 Sentyabr 2020 12:54 (UTC +04:00)
Bakı Slavyan Universiteti distant təhsilin təşkili üçün yeni tədris ilinə hazırlıq işlərini başa çatdırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Slavyan Universiteti (BSU) 2020-2021-ci tədris ilinə hazırlıq işlərini uğurla başa çatdırıb. Belə ki, pandemiya dövründə distant (məsafədən) təhsilin təşkilində qarşıya çıxacaq çətinlikləri önləmək məqsədilə “Microsoft Teams” platformasından istifadədə çətinlik çəkən professor-müəllim heyətinin bəzi üzvləri müəyyənləşdirilib və onlar üçün xüsusi proqram əsasında onlayn formada təlimlər təşkil edilib. Təlimlərə avqustun 21-dən start verilib və 3 həftə müddətində aşağıdakı mövzular tədris edilib:

1. Dərs cədvəllərinin qurulması;

2. Akademik qrupların yaradılması;

3. Test və açıq sual tipli tapşırıqların hazırlanması;

4. Dərsin təşkili və idarə edilməsi;

5. Elektron jurnal;

6. Tədris fayllarından sinxron və asinxron istifadə işinin təşkili.

BSU-nun Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Təhminə Əskərovanın bildirdiyinə görə, təlimlər şənbə və bazar günləri istisna olmaqla, həftənin beş günü iki dəfə təşkil edilib. 258 nəfər müəllimin iştirak etdiyi təlimləri şöbənin əməkdaşı Nurlan Məmmədli aparıb.

Təlimlərlə yanaşı, hər bir modul üzrə həm tələbə heyəti, həm də professor-müəllim heyəti üçün yazılı təlimatlarla birlikdə, videotəlimatlar da hazırlanıb və “Youtube” video hostinqində yerləşdirilib.

Qeyd edək ki, BSU-nun rəhbərliyi professor-müəllim heyətinin daim müasir informasiya-kommunikasiya (İKT) texnologiyaları vasitələrindən istifadə bacarıqlarının inkişafını diqqət mərkəzində saxlayır və onlarn İKT biliklərinin təkmilləşdirməsi üçün mütəmadi tədbirlər həyata keçirir. Hazırkı təlimlər də “Elektron Universitet” layihəsinin Tədbirlər Planı çərçivəsində reallaşan prioritet məsələlərin tərkib hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti