...

Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan yəhudilərinin onlayn xəritəsi hazırlanıb

Cəmiyyət Materials 12 Sentyabr 2020 11:50 (UTC +04:00)
Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan yəhudilərinin onlayn xəritəsi hazırlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

"Diarna" virtual platformasının veb saytında Azərbaycandakı yəhudi icmalarının tarixi barədə ətraflı məlumat və onlayn xəritə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin yay aylarında “Mooreshet Adventures” turizm şirkətinin qurucusu Arye Şarnberq ölkəmizdəki yəhudilərin tarixini araşdırmaq məqsədilə Azərbaycana səfər edib.

Tədqiqatçı bu araşdırmanı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə ilə Amerika Sefardları Federasiyası və müxtəlif bölgələrdə yəhudilərin tarixi irsini rəqəmsal formatda qoruyub saxlamağa çalışan "Diarna" virtual platforması ilə birgə gerçəkləşdirib. Dörd ay ərzində Arye Şarnberq yəhudi icmaları ilə əlaqələr quraraq, bu xalqın tarixinin və irsinin bir çox maraqlı məqamlarını öyrənməyə nail olub.

Amerika Sefardlar Federasiyası tədqiqatın aparılmasında göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlığını bildirib.

Qeyd olunan onlayn xəritəyə https://diarna.org/exhibits/exploring-azerbaijans-jewish-history/ ünvanı vasitəsi ilə baxmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti