...

DİM sədri: Şəxsi məlumatlarınızı heç kimə verməyin

Cəmiyyət Materials 14 Sentyabr 2020 15:29 (UTC +04:00)
DİM sədri: Şəxsi məlumatlarınızı heç kimə verməyin

İlhamə İsabalayeva Trend:

Təsdiqlənmiş ərizələrin dəyişdirilməsi ilə bağlı da tez-tez müraciətlər edilir, amma bu, çox pis haldır.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ərizəni təsdiqləməmişdən əvvəl onu yadda saxlaya bilərsiniz: “Ərizəni ləğv etmək olar, amma özünüz haqqında məlumat verdiyiniz kimsə qərəzli şəkildə ərizənizi ləğv edə bilər və bu, bizim sistemdə ləğv edilmiş ərizə kimi görünə bilər. Ona görə də şəxsi məlumatlarınızı heç kimə verməyin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti